FHN hava şəraiti ilə əlaqədar vəndaşlara müraciət edib

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən küləkli hava şəraiti ilə əlaqədar çimərliklərə üz tutan vətəndaşlara müraciət ünvanlayıb.

Bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, iyulun 7-də və 8-də Bakıda və Abşeron yarımadasında küləkli hava şəraitinin olacağını nəzərə alaraq, FHN əhaliyə müraciət edərək, küləkli havada dənizə girməyin təhlükəli olduğunu bir daha xatırladır və müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır.

“Unutmayın: Qaydalara biganəlik həyatımıza təhlükədir. Təhlükə zamanı 112-yə zəng edin”, - deyə müraciətdə vurğulanıb.