Ceyranbatanda şagirdlər zəhərləniblər
Bu gün saat 15:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Sumqayıt şəhəri, Ceyranbatan qəsəbə məktəbindən çağırış qeydə alınıb.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib. Təcili tibbi yardım briqadası tərəfindən 8 nəfərə yerində yardım olunub.
Qeyd edək ki, zəhərlənmənin qəsəbə yerləşən 2 nömrəli tam orta ümumtəhsil məktəbində baş verdiyi deyilir.

