“Kamp Nou” stadionunun adı dəyişdirilib

“Barselona” futbol klubunun ev oyunlarını keçirdiyi “Kamp Nou” stadionunun adı dəyişdirilib.

Stadion bundan sonra “Spotify Kamp Nou” adlanacaq. Ad dəyişikliyi “Barselona” və “Spotify” arasında razılaşmanın bir hissəsidir. Sponsorun köməyi ilə kataloniyalılar əlavə vəsait əldə edəcəklər.

Qeyd edək ki, İspaniya mətbuatı klubun bu sponsorluqdan 300 milyon avro qazanacağını yazıb.