Altı ayda 1386,2 kiloqram qızıl istehsal olunub

Yanvar-iyun aylarında mədənçıxarma sənayesində istehsal olunmuş əsas məhsul növlərindən sayılan qiymətli metal filizlərinin 1386,2 kiloqramı qızılın payına düşüb.

 Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən bu göstərici keçən ilin müvafiq dövrü ilə müqayisədə 362 kiloqram az olub.

Bu il iyulun 1-nə olan vəziyyətə əsasən, 354,9 kiloqram hazır qızıl ehtiyatı var.