Azərbaycanın üç cüdoçusu Avropa çempionatında medal görüşünə çıxacaq
Azərbaycanın üç cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında medal görüşünə çıxacaq.
Kişilərin mübarizəsində Balabəy Ağayev (60 kiloqram) qızıl mükafat uğrunda güləşəcək. O, yarımfinalda fransalı Sedrik Revola qalib gəlib. İdmançı həlledici görüşdə Fransisko Qarriqos (İspaniya) ilə üz-üzə gələcək.
B. Ağayevin 1/4 finalda məğlub etdiyi digər Azərbaycan cüdoçusu Turan Bayramov (60 kiloqram) isə bürünc medal uğrunda qarşılaşmada qüvvəsini sınayacaq. O, türkiyəli Salih yıldızı sınağa çəkəcək.
Bu gün mübarizəyə qoşulan digər Azərbaycan cüdoçuları - Yaşar Nəcəfov (66 kiloqram), Leyla Əliyeva (48 kiloqram), Aydan Vəliyeva, Gültac Məmmədəliyeva (hər ikisi 52 kiloqram) və Açelya Toprak (57 kiloqram) isə yarışı medalsız başa vurublar.
Qeyd edək ki, aprelin 27-dək davam edəcək Avropa çempionatında Azərbaycanı ümumilikdə 13 cüdoçu təmsil edir.