"Qarabağ"ın rəqibi İngiltərənin "Nyukasl" komandası olub

Bu gün "Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibinin adına aydınlıq gəlib.

Bu mərhələnin püşkatma mərasimi İsveçrənin Nyon şəhərində keçiriləcək. Tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayıb.

Liqa mərhələsini 22 pillədə başa vuran Azərbaycan təmsilçisi "səpələnməmişlər" səbətində yer alıb. "Qarabağ"ın rəqibi İngiltərənin "Nyukasl" komandası olub.