Azərbaycanın əməkdar rəssamı Asif Azərelli vəfat edib

Azərbaycan Respublikasının əməkdar rəssamı Asif Azərelli (Asif Hüseyn oğlu Rzayev) 77 yaşında vəfat edib.

Yerveinsan.az bildirir ki, bu barədə Trend-ə rəssamın yaxınları məlumat veriblər.

Qeyd edək ki, Asif Azərelli 19 iyul 1946-cı ildə Bərdə rayonun Uğurbəyli kəndində anadan olub.

1980-ci ildə SSRİ Rəssamlar İttifaqına üzv olub. 1983-1984-cü illərdə UNESCO tərəfindən təşkil olunmuş beynəlxalq sərginin iştirakçısı olub. Vəfatınadək Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında dosent vəzifəsində çalışıb.

A.Azərelli 2015-ci ildə Azərbaycanın Əməkdar rəssamı fəxri adına layiq görülüb.

Əsərləri (“Şuşa”, “Kəlbəcər”, “Qarabağlı qoca”, “Belə haqsızlıq olarmı?”, “Zəngilan toyu”, “Dədə Qorqud” və s.) Fransa, Almaniya, İran, Ukrayna, Rusiya, Türkiyə və Özbəkistanda keçirilmiş sәrgilәrdә nümayiş etdirilib.

Allah rəhmət eləsin!