DİN: Axtarışda olan 71 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib

Sentyabrın 22-də ölkə ərazisində qeydə alınan 68, əvvəlki dövrlərdən bağlı qalan 15 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə 71, o cümlədən borclu şəxs qismində axtarılan 47 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən iki yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, beş nəfər isə xəsarət alıb.

Narkotiklərlə əlaqəli 43, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı üç fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 65 nəfər saxlanılıb.