Ağdərədə odlu silahlar aşkarlandı

Ağdərədə odlu silahlar aşkar edilib.
Bu barədə Daxili işlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupu məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşları Ağdərə şəhər ərazisindən 2 avtomat, 2 tapança, 15 müxtəlif patron darağı, 2 dəbilqə, 2 canqoruyucu, 1 süngü bıçaq və 534 ədəd patron aşkar edərək götürüblər.
Faktla bağlı araşdırma aparılır.