Mədəniyyət naziri Adil Kərimlinin Neftçalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən mədəniyyət naziri Adil Kərimli tərəfindən martın 14-də saat 10:00-da Neftçala, Salyan, Biləsuvar, Şirvan və Hacıqabul rayonlarından olan vətəndaşların qəbulu tarixi dəyişdirilib.

Nazirlikdən  bildirilib ki, vətəndaşların qəbulu martın 13-də saat 10:00-da Neftçala rayon Heydər Əliyev Mərkəzində (ünvan: Neftçala şəhəri, Heydər Əliyev prospekti, 34) keçiriləcək.

Vətəndaşlar martın 7-dək Nazirliyin [email protected] elektron poçt ünvanı, (012) 493-43-98 telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.