8 Noyabr - Zəfər Günü təntənəli şəkildə qeyd olunub

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Binə qəsəbə Mədəniyyət Mərkəzi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası ilə birlikdə 8 Noyabr - Zəfər Günü ilə əlaqədar təntənəli tədbir keçirib.

Baş İdarədən bildirilib ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və daha sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər müharibə iştiraklarının keçdikləri döyüş yolundan və qəhrəmanlıq şücaətlərindən söhbət açıblar.

Şəhid Qurbanəli Quluzadənin anası oğlu ilə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb.

Bədii hissədə bədii qiraət dərnəyinin üzvləri “Şuşa” kompozisiyasını səsləndiriblər. Eyni zamanda, Mədəniyyət Mərkəzinin “Odlar yurdu” rəqs kollektivi rəqs nömrələri ilə çıxış edib.

Sonda Mərkəzi Kitabxananın hazırladığı “Binə şəhidləri” adlı videoçarx nümayiş olunub.