AQTA sədri İmişlidə vətəndaşların müraciətlərini dinləyəcək

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli oktyabrın 30-u saat 10:00-da İmişli rayon Heydər Əliyev Mərkəzində İmişli, Füzuli, Beyləqan, Xocavənd, Saatlı və Sabirabad rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək.

AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, vətəndaşlar ad, soyad, ata adı, müraciətin məzmunu, yaşayış ünvanı və telefon nömrəsini göstərməklə [email protected] elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlayaraq oktyabrın 29-dək qəbula yazıla bilərlər.

Qəbul zamanı agentliyin səlahiyyət dairəsinə aid müraciətlər cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.