Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ağdaşda vətəndaşların qəbulunu keçirəcək

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova dekabrın 1-də, saat 11:00-da Ağdaş rayon Heydər Əliyev Mərkəzində vətəndaşların qəbulunu keçirəcək.

Dövlət Komitəsindən bildirilib ki, qəbulda Ağdaş və Göyçay rayon sakinlərinin ərizə, müraciət və təkliflərinə baxılacaq.