"Avropa İttifaqının monitorinq qrupu Laçın dəhlizinə gedən yola nəzarət edib" - Toivo Klaar

Avropa İttifaqının bir qrup müşahidəçisi bu gün Laçın dəhlizinə gedən yolu müşahidə edib. 

Yerveinsan.az xəbər verir ki, bu barədə Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Twitter səhifəsində yazıb .

“Patrul Amyan-Azərbaycan sərhədindən təxminən 1,2 km aralıda nəzarət-buraxılış məntəqəsində olub. Müşahidəçilər öz mandatlarına uyğun olaraq sırf Ermənistan ərazisində işləyiblər və dəhlizə daxil olmayıblar” - o yazıb.