Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün vaxtı açıqlandı

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyanın görüşü aprelin 15-də Moskvada baş tutacaq.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətindən bildirilib.

 
Qeyd olunub ki, görüşdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov da iştirak edəcək.