İpoteka kreditləri üzrə müraciətlərin qəbulu təxirə salınıb

İpoteka kreditləri üzrə müraciətlərin qəbulu təxirə salınıb.

Yerveinsan.az xəbər verir ki, bu barədə İpoteka və Kredit Zəmanət Fondu (İKZF) məlumat yayıb.

Bildirilib ki, İpoteka kreditləri üzrə əvvəlki dövrlə müqayisədə daha çox müraciətlərin olmasını nəzərə alaraq “Elektron ipoteka və kredit zəmanət” sistemindən istifadənin daha da asanlaşdırılması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə əlavə tədbirlər görülməkdədir: "Bununla əlaqədar olaraq, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 24 yanvar 2023-cü il tarixinə təyin edilmiş ipoteka kreditləri üzrə müraciətlərin qəbulu prosesi qısa müddətə təxirə salınıb. İpoteka kreditləri üzrə müraciətlərin qəbulunun başlama vaxtı ilə bağlı vətəndaşlara əlavə məlumat veriləcəkdir".