Türkiyənin milli təhsil naziri ölkəmizdədir

Türkiyə Respublikasının milli təhsil naziri Mahmut Özərin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana gəlib.

Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Səfər çərçivəsində qonaqlar Fəxri xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunub.

Daha sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olanların xatirəsi anılıb, həmçinin "Türk şəhidliyi" abidəsi ziyarət edilib.