DİN-in İran casus şəbəkəsinə qarşı əməliyyatı davam edir

Daxili İşlər Nazirliyi (DİN) əməkdaşlarının Bakıda İran casus şəbəkəsinə qarşı keçirdiyi xüsusi əməliyyat davam edir.

Əməliyyat Bakıda və respublikanın digər bölgələrində keçirilir.

Tədbirlər nəticəsində 7 nəfər – A. T. Kərimov, E. A. Rəhimov, İ. Ə. Ələkbərov, M. N. Cəfərov, H. H. Cabbarlı, F. S. Əbdülov və A. Ə. Cümşüdov şübhəli şəxs qismində saxlanılıblar.

Hazırda əməliyyatın davam etdirildiyi bildirilir.

Xatırladaq ki, Daxili İşlər Nazirliyinin əməkdaşları səhər saatlarından "SalamNews" informasiya agentliyi və “İnteraz” telekanalında da əməliyyat keçirib.//trend