Türkiyədə zəlzələ nəticəsində həlak olan azərbaycanlı tələbələrin cənazələri Bakıya gətirilib

Türkiyədə baş vermiş zəlzələdə həlak olan azərbaycanlı tələbələr Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadənin cənazələri Bakıya gətirilib.

Tələbələrin cənazələrini gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına enib. Onların qohumları, yaxınları Hava Limanına toplanmışdı.

Xatırladaq ki, Türkiyədə zəlzələ baş verdiyi vaxtdan İnönü Universitetinin tələbələri - Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə haqqında heç bir məlumat yox idi. Onların cəsədləri uzun axtarışlardan sonra fevralın 14-də dağıntılar altından çıxarılıb.