Azərbaycan mədəniyyəti 2020-2040-cı illərdə dövlət strategiyası hazırlanır

Mədəniyyət Nazirliyi “Azərbaycan mədəniyyəti 2020-2040-cı illərdə dövlət strategiyası” sənədi hazırlamaqdadır. Sənədin məzmunundan irəli gələrək dövlət planı işləniləcək.

Bunu mədəniyyət naziri vəzifəsini müvəqqəti icra edən, mədəniyyət nazirinin birinci müavini Adil Kərimli bu gün Milli Məclisdə keçirilən dinləmələrdə deyib.

O bildirib ki, burada qısa, orta və uzunmüddətli hədəflər müəyyənləşdiriləcək.

“Mədəniyyət sahəsində fəaliyyətin yeni məzmunu müəyyən edilməlidir. Artıq mədəniyyə sahəsinə aid olan prioritetlər müəyyən edilməkdədir. Mədəniyyət sahəsindəki boşluqların nizamsız və sistemsiz fəaliyyətin qarşısının alınması üçün ciddi instutisional islahatlar labüddür.

Bu sahədəki problemləri şəxsən görüb ona toxunub hiss etmədən təbii ki, nöqsanların doğru-düzgün müəyyən etmək, onların həlli üçün təkliflər hazırlamaq qeyri-mümkündür”, - deyə o əlavə edib.//Trend