Turnirin ümumi mükafat fondu 50 min ABŞ dollarıdır

Özbəkistanın paytaxtı Daşkənddə 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunan beynəlxalq şahmat turniri keçirilir.

Azərbaycan Şahmat Federasiyasından  bildiriblər ki, yarışda 10 ölkədən 111 şahmatçı mübarizə aparır. Turnirdə ölkəmizi Gülnar Məmmədova təmsil edir. Üç turdan sonra aktivində 3 xal olan Valentina Qunina turnir cədvəlinə başçılıq edir. Şahmatçımız Gülnar Məmmədova 2,5 xalla 3-9-cu yerləri bölüşdürür.

Doqquz turdan ibarət turnirin ümumi mükafat fondu 50 min ABŞ dollarıdır.

Qeyd edək ki, yarışın baş hakimi həmyerlimiz İlahə Qədimovadır.