Azərbaycan ərazisində təbii sərvətlərin qanunsuz istismarına son qoyulmalıdır - Nazir

Azərbaycan ərazisində təbii sərvətlərin qanunsuz istismarına son qoyulmalıdır.

Bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Ağdamda Azərbaycan-BMT tərəfdaşlığı üzrə keçirilən strateji məsləhətləşmələr zamanı deyib.

"Faydalı qazıntılar və mineral sərvətlərimizin qeyri-qanuni istismarı məsələsinə də toxunmaq istərdim. Biz tələb edirik ki, təbii sərvətlərin hasil olunduğu ərazilərdə ətraf mühitin mövcud vəziyyətini monitorinq etmək məqsədilə mütəxəssislərimiz üçün bütün lazımi şərait yaradılmalıdır. Azərbaycan ərazisində təbii sərvətlərin qanunsuz istismarına son qoyulmalıdır", - deyə naizr əlavə edib.

Xatırladaq ki, Ağdamda Azərbaycan-BMT tərəfdaşlığı üzrə strateji məsləhətləşmələr keçirilir. Tədbirdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı və Səhiyyə nazirliklərinin, Dövlət Şəhərsalma və Arxitektura, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət komitələrinin, Minatəmizləmə Agentliyinin rəhbərləri, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri, Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzində təmsil olunan Prezident Administrasiyasının əməkdaşları, habelə BMT agentliklərinin Azərbaycanda fəaliyyət göstərən ofislərinin rəhbər şəxsləri iştirak edir.//Trend