Tarix İnstitutunda “Açıq qapı” günləri keçiriləcək

AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunda martın 27-28-də “Açıq qapı” günləri təşkil olunacaq.

Bu barədə institutdan məlumat verilib.

İnstituta təkliflə müraciət etmək istəyənlər, iş axtaranlar, yaxud da institutla tanış olmaq istəyənlər bu günlərdə gələ bilərlər.

“Açıq qapı” günləri qeyd olunan tarixlərdə səhər saat 09:00-dan 18:00-dək keçiriləcək.