İyunun 14-də yerin təkinin istifadəyə verilməsi üzrə növbəti hərrac keçiriləcək

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən iyunun 14-də yerin təkinin istifadəyə verilməsi üzrə növbəti hərrac keçiriləcək.

Yerveinsan.az Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinə istinadla bildirir ki, hərracda hər biri 1 lot üzrə Qəbələ rayonu “Siləyli” qum-çınqıl, “Salyan rayonu “Babazənən-I” gil, İsmayıllı rayonu “Maçaxi” qum-çınqıl və hər biri 2 lot üzrə Ağcabədi rayonu “Qarqarçay III” qum-çınqıl, İsmayıllı rayonu “Bilistan” qum-çınqıl faydalı qazıntı yataqları satışa çıxarılacaq. Ümumilikdə, hərracda 5 yataq üzrə 7 lot təqdim olunacaq.

Hərracda iştirak etmək üçün tələb olunan sənədlərin siyahısı ilə agentliyin (https://cutt.ly/CMrvQ4L) və ya Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi internet səhifələrində (https://emlak.gov.az/cat/3) tanış ola bilərsiniz.