Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik vasitələr məhv edilib

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupunun ayrı-ayrılıqda Sabirabad, Kürdəmir, İmişli, Ucar və Ağcabədi rayon komissiyaları ilə birgə təşkilatçılığı əsasında qeyd olunan rayonlarda fəaliyyət göstərən müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını məhvetmə komissiyaları tərəfindən ümumilikdə 122 məhkəmə hökmü üzrə barəsində məhvetmə qərarı qəbul edilmiş az miqdarda narkotik vasitənin, psixotrop maddələr və onların prekursorları yandırılma yolu məhv edilib.

Bu barədə Yerveinsan.az-a Dövlət Komissiyasının mətbuat xidmətindən məlumat verilib.

Məhvetmə prosesləri Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupunun əməkdaşının iştirakı ilə həyata keçirilib və videoçəkilişi aparılaraq müvafiq məlumat daşıyıcısı ilə birlikdə aktlara əlavə edilib.