Geomaqnit qasırğası gözlənilir

Geomaqnit sahəsinin CH HSS-in təsiri ilə 31 may - 1 iyun tarixlərində aktiv olacağı, 1-4 iyun tarixlərində isə geomaqnit qasırğası (G1) gözlənilir.

Bu barədə Şamaxı Astrofizika Rəsədxanasından xəbər verilib. 

Bildirilib ki, hazırda geomaqnit sahəsi sakitdir. 

Amma Günəş küləyinin sürətinin mənfi qütblü CH HSS (Coronal Hole High Speed Streams - Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər selinin) təsiri ilə yenidən sürətlənəcəyi gözlənilir.