Doktoranturaya və dissertanturaya xarici dil üzrə qəbul imtahanı üçün qeydiyyat başa çatır

Namizədlərin doktoranturaya xarici dillər üzrə qəbul imtahanı, həmçinin doktoranturada oxuyan iddiaçıların xarici dillər üzrə fəlsəfə doktoru imtahanında iştirak etmələri üçün qeydiyyatı başa çatır.

Bu barədə Yerveinsan.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, imtahanda iştirak etmək üçün qeydiyyat bu gün saat 23:59-dək davam edəcək.

İştirakçılar DİM-in internet saytında “Şəxsi kabinet” yaratmalı (“Şəxsi kabinet”i olmayanlar) və xarici dil üzrə imtahanda iştirak etmək üçün qeydiyyatdan keçməlidirlər.

Xatırladaq ki, xarici dillər üzrə qəbul və xarici dillər üzrə fəlsəfə doktoru imtahanı iyunun 11-də, əcnəbilər üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanının iyunun 12-də keçirilməsi nəzərdə tutulur. Danışıq bloku üzrə imtahanın isə iyunun 16-dan etibarən bir neçə gün ərzində keçirilməsi planlaşdırılır.