DİN: Axtarışda olduğuna görə 35 nəfər saxlanılıb
İyunun 1-də ölkə ərazisində qeydə alınan 56, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yerveinsan.az-a bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə 114, o cümlədən borclu şəxs qismində axtarışda olan 90 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.
Narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb.