İstirahət günlərində milli parklarda gözlənilən hava şəraiti

İstirahət günlərində (iyunun 3-4-də) milli parklarda gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Yerveinsan.az-a verilən məlumata görə, Samur–Yalama Milli Parkında istirahət günlərində hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-16 °isti, gündüz 23-26° isti olacaq.

Altıağac Milli Parkında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz saatlarında qısamüddətli az yağış yağacağı gözlənilir. Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-15° isti, gündüz 20-25° isti olacaq.

Ağgöl Milli Parkında havanın sabit, mülayim, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-19° isti, gündüz 25-30° isti olacaq.

Qızılağac Milli Parkında hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-19° isti, gündüz 25-30° isti olacaq.

Göygöl Milli Parkında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz saatlarında qısamüddətli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-12° isti, gündüz 15-20° isti olacaq.

Şirvan Milli Parkında havanın sabit, mülayim, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-21° isti, gündüz 27-32° isti olacaq.

Hirkan Milli Parkında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-19° isti, gündüz 25-30° isti olacaq.

Milli parklarımızın hamısı əvəzolunmaz təbiət inciləridir. Turistlər bu gözəllikləri həvəslə ziyarət edərək həm füsunkar mənzərələrdən zövq ala bilir, həm də vəhşi təbiətlə birbaşa təmas qurmuş olur ki, bu da ekoturistlərin sayının artan templə inkişafını təmin edir. Milli parklarda ekoturizmin daha da inkişaf etdirilməsi üçün ardıcıl tədbirlər görülür.