Keçmiş məhkumlar saxlanılıblar

Masallı rayonunun Boradigah qəsəbəsində yerləşən və hazırda yaşayış olmayan evlərdən birindən 9 min manat dəyərində qızıl-zinət əşyalarının və min manat dəyərində məişət əşyalarının oğurlanması ilə bağlı polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Yerveinsan.az-a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Boradigah qəsəbə sakinləri, hər ikisi əvvəllər məhkum olunmuş Mircəlal Ağayev və Murad Bağırov müəyyən edilərək saxlanılıblar. Oğurlanan qızıl-zinət və məişət əşyaları aşkarlanaraq maddi sübut kimi götürülüb. Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı araşdırma aparılır.