Aziz Səncər: "Uğur Nobel mükafatı almaq deyil..."

Səmərqənd Dövlət Universitetində Nobel mükafatı laureatı Aziz Səncər adına laboratoriya açılıb. Mərasimdə ali təhsil, elm və innovasiya naziri, akademik Ibrohim Əbdürəhmonov, Nobel mükafatı laureatı professor Aziz Səncər, vilayət hokiminin müavini Xurşid Oçilov, Səmərqənd Dövlət Universitetinin rektoru, professor Rüstəm Xolmurodov, alimlər və tələbələr iştirak ediblər.
Çıxış edənlər Kimya üzrə Nobel mükafatı laureatı, Şimali Karolina Universitetinin professoru Əziz Səncərin təkcə Özbəkistanın deyil, bütün dünyanın elminin inkişafına verdiyi töhfədən bəhs ediblər.
Daha sinra laboratoriyanın imkanları, tələbə təcrübəsi üçün verilən avadanlıqlar ilə tanışlıq olub.
Professor Aziz Səncər universitetin tələbələri ilə söhbət edib və elmin Özbəkistanın həyatındakı rolu və Özbəkistanın təhsil sistemində həyata keçirilən islahatlar barədə fikirlərini bildirib. Söhbət zamanı alim gənclərin həyat məsləhətlərini də verib.
"Uğur Nobel mükafatı almaq deyil, ölkənizə, xalqınıza və insanlığa xidmət etməkdir. İstər peşəkar, istərsə də Nobel mükafatı laureatı olsanız, əla iş görürsünüzsə və insanlar sizdən razıdırsa, bu, əsl mükafatdır!” - deyə A.Səncər qeyd edib.


Oruc MUSTAFAYEV