Gəncədə itkin düşən şəxs Bakıda tapıldı

Gəncədə itkin düşən şəxs Bakıda tapıldı.

İyul ayının 12-də Gəncə şəhər Baş Polis İdarəsinə şəhər sakini 2009-cu il təvəllüdlü F. Məmmədovun yaşadığı evdən naməlum istiqamətdə gedərək bir daha geri dönməməsi barədə məlumat daxil olub.

Polis əməkdaşları F. Məmmədovun yerini Bakı şəhərində müəyyən ediblər. Onun ailəsinə təhvil verildiyi deyilir.