Müvəkkil Hüquq Mərkəzinin sədri araşdırmalarla bağlı Qozulca kəndinin sakinləri ilə görüşüb - FOTOLAR


Müvəkkil Hüquq Mərkəzinin "Qərbi Azərbaycan haqqında həqiqətlərin araşdırılması və təbliği" layihəsi çərçivəsində Dərələyəz mahalının Çivə, Sallı, Qozulca, Göyçə mahalının Mollalı kəndi, Vedibasar mahalının Hörtun kəndindən departasiya olunaraq, Bərdə rayonunun İmirli kəndində məskunlaşmış şəxslərlə bağlı layihənin rəhbəri hüquqşünas Səməd Vəkilov araşdırmaları davam etdirir.

Müvəkkil Hüquq Mərkəzinin sədri Səməd Vəkilov bildirib ki, layihə çərçivəsində Dərələyəz mahalının ən böyük kəndlərindən biri olan Qozulca kəndinin Bakıda yaşayan ən yaşlı sakinləri ilə görüşüb. O, 1937-ci ildə Dərələyəz mahalının Qozulca kəndində doğulmuş deportasiyadan sonra isə Şərur rayonunun Oğlanqala kəndində yaşamış Quluyev Məzahir Həmzə oğlu kəndlə bağlı xatirələrini qeydə alıb: “1935-ci ildə Dərələyəz mahalının Qozulca kəndində doğulmuş Məmmədov Bayram Həbib oğlunun xatirələrini həyacansız dinləmək mükün deyil. 1950-ci ildə Bərdə rayonuna deportasiya edilmiş, sonra oradan doğma kəndləri Qozulcaya qayıtmaq istəsələrdə mükün olmadığına görə Şərur rayonunun Dizə kəndinə köçmək məcburiyyətində qalan Məmmədovlar ailəsinin keşmə-keşli həyat hekayəsi Qərbi Azərbaycanlıların əzablı ömür yoluna işıq salan ən bariz nümunələrdəndir. Görüşdə Qarabağ müharibəsi iştirakçıları Əhməd Vəkilov, Mobil Vəkiloğlu və Möhübbət Səmədoğlu da (Hacı Möhübbət Dərələyəzli) iştirak ediblər”.