Almaniya ilə hərbi tibb sahəsində ekspert danışıqları aparılıb

Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Almaniya Federativ Respublikası Federal Müdafiə Nazirliyi arasında mövcud hərbi əməkdaşlıq proqramına əsasən, hərbi qulluqçularımız bu ölkədə “Tibb sahəsində ekspert danışıqları” mövzusunda keçirilən tədbirdə iştirak ediblər.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Hərbi tibb sahəsində qarşılıqlı təcrübə mübadiləsi və qabaqcıl metodların öyrənilməsi məqsədilə keçirilən səfər zamanı, həmçinin maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.