Qanunsuz silah saxlayanlar tutuldu (FOTO)

Hacıqabulda qanunsuz silah saxlayanlar tutulub.

Bu barədə  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib.

Qeyd edilib ki, Hacıqabul Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən qanunsuz olaraq odlu silah və sursat saxlamaqda şübhəli bilinən iki nəfər - əvvəllər də məhkumluq həyatı yaşayan Mirqadir Həşimov və Pərviz Quliyev saxlanılıb.

Hər iki şəxsdən narkotik vasitə olan heroin, eləcə də, lüləsi və qundağı kəsilmiş və atəşə yararlı odlu silahlar aşkarlanaraq götürülüb.

Bundan əlavə, polis əməkdaşlarının son günlərdə keçirdikləri tədbirlər zamanı 7 rayon sakinindən müvafiq sənədləri olmayan ov tüfəngləri də götürərək barələrində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb.

Aşkarlanan bütün faktlarla bağlı Hacıqabul RPŞ-də araşdırmalar davam etdirilir.