Azərbaycanda NATO proqramı çərçivəsində treninq keçirilir

NATO-nun "Müdafiə təhsilinin genişlənməsi proqramı" çərçivəsində treninq keçirilir.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Milli Müdafiə Universitetində NATO-nun "Müdafiə təhsilinin genişlənməsi proqramı (DEEP)" çərçivəsində “Pedaqoji təlimatçıların təkmilləşdirilməsi” treninqi keçirilir.

Vurğulanıb ki, keçirilən treninqin əsas məqsədi aparıcı təlimatçıların hazırlanması, Milli Müdafiə Universitetinin pedaqoji heyətinin bilik və bacarıqlarının təkmilləşdirilməsidir.

Qeyd edək ki, treninq sentyabrın 8-dək davam edəcək.