Sabahdan ov mövsümü açılacaq

Sentyabrın 15-dən etibarən ov mövsümü açılacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətindən  bildirilib ki, Azərbaycan Respublikası ərazisində 2023-2024-cü illərin ov mövsümü 2023-cü il 15 sentyabr tarixindən etibarən açıq elan edilir. 

Respublika ərazisində 2023-2024-cü illərin ov mövsümündə “Ovlanmasına icazə verilən vəhşi heyvanların və quşların ovlanma müddətləri və normaları" ilə aşağıdakı posterdən tanış ola bilərlər.