Azərbaycanın Hirkan meşələri UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib
Azərbaycanın Hirkan meşələri UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Hirkan meşələri UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilən Azərbaycanın ilk təbiət ərazisidir.
Bu barədə Bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib.
O qeyd edib ki, relikt növlərlə zəngin olan və çox maraqlı landşafta malik Hirkan meşələrinin xüsusiyyətləri nəzərə alınaraq, bu unikal ərazinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi təklif olunub, bu məqsədlə Hirkan Milli Parkının daxilində transmilli “Hirkan meşələri” nominasiyası hazırlanıb və 2022-ci ilin sonunda UNESCO-nun Ümumdünya İrs Komitəsinə təqdim edilib.