UEFA Avropa Liqası: "Qarabağ" "Molde"ni məğlub edib
 
                        UEFA Avropa Liqasının ilk turu çərçivəsində Bakıda keçirilən “Qarabağ” - “Molde” qarşılaşması başa çatıb.
Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan matç Ağdam təmsilçisinin qələbəsi ilə yekunlaşıb.
Qarşılaşmada yeganə qola 57-ci dəqiqədə ağdamlıların heyətində Leandro Andrade imza atıb.
 
			
					 
                                 
                                 
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                     
                     
                     
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                

 
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    