ISESCO-nun sabiq Baş direktoru antiterror tədbirlərində qələbə münasibətilə Prezident İlham Əliyevi təbrik edib

ISESCO-nun sabiq Baş direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Əbdüləziz bin Osman əl-Tuveycri Prezident İlham Əliyevi Qarabağda keçirilən lokal antiterror tədbirlərinin qələbə ilə yekunlaşması münasibətilə təbrik edib.

Yerveinsan.az xəbər verir ki, ISESCO-nun sabiq Baş direktorunun bununla bağlı dövlətimizin başçısına ünvanladığı məktubunda deyilir: “Qarabağda həyata keçirilən tədbirlər nəticəsində terrorçu silahlı birləşmələrin təslim olması və tərk-silah edilməsi ilə əlaqədar Sizə təbriklərimi çatdırmaqdan məmnunluq duyuram. Bu yeni qələbə regionda sülh və sabitliyin bərqərar olunması baxımından mühüm addımdır”.