Güclü külək səbəbindən elektrik enerjisinin verilişində yaranan fasilələr aradan qaldırılıb

Qərb bölgəsində güclü külək səbəbindən elektrik enerjisinin verilişində yaranan fasilələr aradan qaldırılıb.

“Azərişıq” ASC-nin mətbuat xidmətindən  verilən məlumata görə, Gəncə şəhəri, Şəmkir və Goranboy rayonlarının bəzi yerlərində güclü külək səbəbindən elektrik enerjisinin verilişində yaranan fasilələr artıq aradan qaldırılıb. Elektrik enerjisinin verilişi bərpa olunub.