Bakıda Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş I Musiqi Forumunun təntənəli açılışı olub

Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə olaraq Musiqi Forumunun açılışı olub.

 Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində oktyabrın 29-31-də keçirilən Musiqi Forumu Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan Bəstəkarlar İttifaqının dəstəyi ilə təşkil olunub.

Bakının "Gülüstan" sarayında tanınmış musiqişünaslar, bəstəkarlar, dirijorlar və ifaçıların iştirakı ilə açılış mərasimi olub.

Tədbirdə Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti Firəngiz Əlizadə çıxış ediblər.