Anar Kərimov noyabrın 2-də Astara rayonunda sakinləri qəbul edib

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov noyabrın 2-də Astara rayonunda sakinləri qəbul edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri və müharibə veteranları da olub.

A.Kərimov onların sosial vəziyyəti ilə maraqlanıb, bütün şəhid ailələrinin və müharibə veteranlarının qayğı ilə əhatə olunmasının bu gün nazirliyin başlıca fəaliyyət istiqamətlərindən olduğunu bildirib.

Qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılıb, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülüb.