Rəsədxana: Geomaqnit sahəsi qeyri-sabitdir

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

Rəsədxanadan bildirilib ki, Günəş ləkələrinin sayı 4-6 arası dəyişib. Hazırda 5 ləkə qrupunda 78 ləkə müşahidə olunur. Günəşin Yerə yönəlmiş səthində izolə olunmuş Tac dəlikləri müşahidə edilmir.

Günəş küləyinin sürəti 415 km/san, planetlərarası maqnit sahəsinin maksimal qiyməti 9 nT, radial istiqamətdə isə 4 nT təşkil edir. Geomaqnit sahəsi qeyri-sabitdir.

Noyabrın 13-dən 19-dək C sinif alışmanın baş verməsi ehtimalı 99 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 45 faiz, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 5 faiz təşkil edir.

Günəş küləyi sürətinin noyabrın 15-dək normadan yüksək olacağı proqnozlaşdırılır.

Geomaqnit sahəsinin gün ərzində G1 səviyyəsinədək yüksələcəyi gözlənilir. Sonrakı günlərdə isə qeyri-sabit olacağı proqnozlaşdırılır.