Yüksək dağlıq ərazilərdə qar yağıb

Milli Hidrometeorologiya Xidmətinin noyabrın 17-si saat 16:00-a olan məlumatına əsasən Bakı, Sumqayıt, Maştağa, Binə, Naxçıvan, Şərur, Culfa, İsmayıllı, Şamaxı, Altıağac, Quba, Qusar, Xaltan, Şabran, Mingəçevir, Yevlax, Göyçay, İmişli, Kürdəmir, Qobustan, Sabirabad, Ağsu, Ağdam, Xaçmaz, Cəfərxanda yağış; Qusar, Xınalıq, Şahdağ, Qrız, Göygöl və Gədəbəyin yüksək dağlıq ərazilərində qar yağıb.

Xidmətdən bildirilib ki, şimal-qərb küləyi Göyçayda 22 metr/saniyə, Mingəçevirdə 21 metr/saniyə, Zərdab, Ceyrançöldə 18 metr/saniyə, Astara, Göygöldə 16 metr/saniyə, Bakıda və Abşeron yarımadasında 28 metr/saniyəyədək güclənib.

Neft Daşları meteoroloji stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3 metrə çatıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 14 dərəcəyədək, Naxçıvan MR-da 15 dərəcəyədək, Aran rayonlarında 18 dərəcəyədək, dağlıq rayonlarda 11 dərəcəyədək isti qeydə alınıb.