İqtisadiyyat nazirinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib

İqtisadiyyat naziri Mikayıl Cabbarovun noyabrın 24-də Yevlax şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.

Nazirlikdən bildirilib ki, qəbulun keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək.