Prokurorluq orqanlarında qulluğa qəbulla əlaqədar müsabiqənin yazılı imtahan mərhələsinin nəticələri elan olunub

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti kimi 2001-ci il 19 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə”yə və Baş Prokurorluğun “İşin Təşkili Qaydaları”na uyğun olaraq prokurorluq orqanlarında qulluğa qəbulla əlaqədar cari ildə elan edilmiş müsabiqənin ikinсi – yazılı imtahan mərhələsinə yekun vurulub.

Azərbayсan Respublikası Baş Prokurorluğunun mətbuat xidmətindən verilən məlumata görə, yazılı imtahanda uğur qazanmış namizədlərin siyahısı Baş Prokurorluğun rəsmi internet səhifəsində (www.genprosecutor.gov.az) yerləşdirilib.

Müsabiqənin ikinci mərhələsində müvəffəqiyyət qazanmış 72 namizəd “İşin Təşkili Qaydaları”na əsasən tibbi müayinədən keçib müsbət rəy aldıqdan sonra müsabiqənin növbəti – müsahibə mərhələsinə dəvət ediləcəklər.

Müsahibə Baş Prokurorluğun inzibati binasında keçiriləcəkdir (ünvan: Bakı şəhəri N.Rəfibəyli küçəsi 7).

Namizədlər tibbi müayinədən keçmək üçün 2023-cü il noyabrın 27-dən 29-dək (həmin gün də daxil olmaqla) şəxsiyyət vəsiqəsi ilə birgə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin Poliklinikasına müraciət etməlidirlər (ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, 16/18).

Əlavə məlumat almaq üçün 437-28-56, 361-00-76, 361-00-77, 361-00-78, 361.00.79, 361-00-80 və 361-00-81 nömrəli telefonlar vasitəsi ilə müraciət etmək olar.