Nobel mükafatı laureatı Əziz Səncər AMEA-nın fəxri üzvü seçilib

Əziz Səncər: "Azərbaycan hər zaman mənim qəlbimdədir"


Bu gün AMEA-nın Ümumi yığıncağında Nobel mükafatı laureatı Əziz Səncərin AMEA-nın fəxri üzvü seçilməsi ilə bağlı açıq səsvermə keçirilib.
Səsvermənin nəticələrinə əsasən, Şimali Karolina Universitetinin professoru Əziz Səncər AMEA-nın fəxri üzvü seçilib.
“Məni vətənim bildiyim Azərbaycanın adını daşıyan Milli Elmlər Akademiyasının fəxri üzvlüyünə layiq görən bütün Akademiya üzvlərinə minnətdarlığımı bildirirəm. Akademiya rəhbərliyinin bu təklifini böyük məmnuniyyətlə qəbul edirəm. Azərbaycan hər zaman mənim qəlbimdədir. Bunu hər fürsətdə dilə gətirirəm. Türk dünyasının ayrılmaz parçası olan can Azərbaycanda elmin inkişafına əlimdən gələn dəstəyi göstərməyə hər zaman hazır olduğumu bilməyinizi istəyirəm. Bu vəsilə ilə Akademiyanın bütün kollektivinə gələcək fəaliyyətində uğurlar diləyirəm”,- Əziz Səncər AMEA prezidentinə göndərdiyi minnətdarlıq məktubunda bildirib.