Sumqayıtda ağır yol qəzası baş verib

Ötən gün axşam saatlarında Sumqayıtda avtomobilin vurması nəticəsində həyatını itirən piyadanın şəxsiyyəti məlum olub.

Sumqayıt Şəhər Polis İdarəsindən bildirilib ki, ölən şəxs Abşeron rayonu Saray qəsəbə sakini, 1980-ci il təvəllüdlü Samir Nüsrət oğlu Əsədovdur.

Xatırladaq ki, hadisə şəhərin Sahil küçəsində baş verib.

Şəhər prokurorluğu faktla bağlı araşdırma aparır.