Bakıda bu yollarda sıxlıq var

Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Hal-hazırda yollardakı vəziyyət:

1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

2. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

3. Qara Qarayev prospekti, "Qara Qarayev" metro stansiyasından "Koroğlu" metro stansiyası istiqamətində;

4. Heydər Əliyev prospekti, kənar yol, mərkəz istiqamətində;

5. "20 Yanvar" dairəsində;

6. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

7. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

 8. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

9. Binəqədi şosesi, "Azadlıq Prospekti" metro stansiyasından Binəqədi qəsəbəsi istiqamətində;

10. Bakıxanov küçəsi, "Dədə Qorqud" parkı istiqamətində;

11. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

12. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;

13. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından "Koroğlu" metro stansiyası istiqamətində (dairəyə qədər);

14. Babək prospekti, mərkəz istiqamətində;

15. Mikayıl Müşfiq küçəsi, Badamdar dairəsindən 20 saylı məktəb istiqamətində sıxlıq müşahidə olunur.